Press "Enter" to skip to content

Nazirliyin Aparatının rəhbəri Göygöldə vətəndaşları qəbul edəcək

BAYRAQDAR MEDİA– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev yanvarın 16-da Göygöl rayonunda sakinləri qəbul edəcək.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək: “Vətəndaşlar 7 – 13 yanvar tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər”.

Mission News Theme by Compete Themes.