Press "Enter" to skip to content

Rektor MHP liderini ziyarət edib

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru Prof. Dr. Adnan Sözen Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, Dr. Devlet Bahçelini ziyarət edib. Görüşdə Universitetin Baş katibi dosent Dr. Nihat Döngel də iştirak edib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, ziyarət zamanı D.Bahçeli universitetdəki inkişafları yaxından izlədiyini bildirərək, Adana şəhəri və ölkəmiz üçün elm və texnologiyanın daşıdığı strateji əhəmiyyətə diqqət çəkib: “O, bu istiqamətdə hər zaman dəstək verəcəklərini qeyd edib. D.Bahçeli nəzakətli ziyarət və xoş arzularına görə rektor Prof. Dr. Adnan Sözenə və onu müşayiət edən heyətə təşəkkürünü çatdırıb”.

Mission News Theme by Compete Themes.