Press "Enter" to skip to content

Şamaxı Dövlət Regional Kollecinə yeni təyin olunan rəhbər şəxsin kollektivə təqdimi

Şamaxı Dövlət Regional Kollecinə yeni təyin olunan rəhbər şəxsin kollektivə təqdimi

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov V.Müslümovu kollektivə təqdim edib. V.Müslümov ali təhsilini Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010–2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib”.

O, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.

Mission News Theme by Compete Themes.