BAYRAQDAR MEDİA – Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1 min 350 manatını alaraq ələ keçirib”.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.





