Press "Enter" to skip to content

Cəbrayılda yanğın törədən şəxs saxlanılıb

Cəbrayılda yanğın törədən şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Yanvar ayının 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan daxil olub.

Xəbərdə deyilir ki, “araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb”.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Mission News Theme by Compete Themes.