Press "Enter" to skip to content

Iğdır ovasında canavar həyəcanı – VİDEO 

Canavarlar

BAYRAQDAR MEDİA – Iğdırda təsirini getdikcə artıran şaxtalı soyuqlar və güclü qar yağışı vəhşi heyvanları yaşayış məntəqələrinə endirib. Dağlıq ərazilərdə qida tapmaqda çətinlik çəkən 7 canavardan ibarət sürü Iğdır şəhər mərkəzindən cəmi 2 kilometr aralıda görüntülənib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, qış şəraitinin daha da sərtləşməsi ilə təbiətdə yem axtarışı çətinləşən canavarlar Iğdır ovasına qədər eniblər: “Səhər saatlarında şəhər mərkəzinə getmək üçün yola çıxan kənd sakinləri yol kənarında onları izləyən canavar sürüsü ilə qarşılaşdıqda böyük təəccüb və qorxu yaşayıblar. İHA-nın məlumatına görə, hadisə səhər saatlarında Iğdır şəhər mərkəzindən təxminən 2 kilometr məsafədə yerləşən Aşağı Çarıkçı kəndinin yolunda baş verib. Kənddən mərkəzə doğru hərəkət edən vətəndaşlar yol kənarında gözləyən tam 7 canavarı görüblər”. Məlumatda qeyd edilib ki, canavarların ərazidə uzun müddət dolaşması və zaman-zaman yola doğru hücum edirmiş kimi hərəkətlər etməsi ətrafdakı insanlarda ciddi narahatlıq yaradıb.

Mission News Theme by Compete Themes.