Son yeniləmə: 7 Yanvar 2026
BAYRAQDAR MEDİA – Gazi Universitetinin Sağlamlıq Xidmətləri Peşə Məktəbi tam akkreditasiya sevinci yaşayır. Peşə Təhsili Qiymətləndirmə və Akkreditasiya Dərnəyinin (MEDEK) qiymətləndirmə qrupunun 6–8 oktyabr 2025-ci il tarixlərində həyata keçirdiyi sahə ziyarətinin nəticələri açıqlanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, qiymətləndirmə çərçivəsində yoxlanılan İlkin və Təcili Tibbi Yardım, Patologiya Laboratoriya Texnikləri, Tibbi Laboratoriya Texnikləri və Yaşlılara Baxım proqramları 01.01.2026 – 31.12.2029 tarixləri arasında (4 il müddətinə) Tam Akkreditasiya almağa layiq görülüb.





