BAYRAQDAR MEDİA – Milli Məclisin VII çağırış deputatı Azər Allahverənov Sabunçu rayonu Pirşağı qəsəbəsi sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
Bu barədə Azər Allahverənov özü məlumat verib.
Məlumatda deyilir ki, qəbul 09 yanvar 2026-cı il tarixində, saat 11:00–13:00 aralığında təşkil olunacaq: “Görüş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı bələdiyyəsinin inzibati binasında olacaq. Vətəndaşlar qəbul zamanı onları narahat edən məsələlər, təklif və müraciətlərlə deputata birbaşa müraciət edə biləcəklər. Əlaqə nömrəsi: 055-544-55-66”.





