BAYRAQDAR MEDİA – Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb. Hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar”.
Faktla bağlı araşdırmalar davam etdirilir.





