BAYRAQDAR MEDİA – Bilecik Şeyx Edebali Universitetinin mərkəzi kampusu müasir heykəltəraşlıq sənətinin seçkin nümunələrinə ev sahibliyi edib. Gözəl Sənətlər və Dizayn Fakültəsinin təşəbbüsü və İstanbul Mədən İxracatçıları Birliyinin dəstəyi ilə milli və beynəlxalq sənət platformalarında nümayiş etdirilmiş yüksək bədii dəyərə malik əsərlər kampusun müxtəlif ərazilərində yerləşdirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, heykəltəraş Tuba İnal tərəfindən 2010-cu ildə 7-ci Natural Stone Sərgisində nümayiş etdirilən heykəllər təbii daşın sadə gücünü müasir formalarla birləşdirir: “İnalın əsərləri daşın təbiiliyini qoruyaraq məkanla qurduğu güclü əlaqə sayəsində izləyicini dayanmağa, düşünməyə və əsəri fərqli rakurslardan dərk etməyə dəvət edir. Kampusda yer alan digər diqqətçəkən əsərlər isə 2008-ci il Milan Sərgisində heykəltəraş və dizayner Matali Crasset və Defne Koz tərəfindən nümayiş etdirilən işlərdir. Beynəlxalq dizayn dünyasında mühüm mövqeyə sahib olan bu əsərlər funksiya, forma və material arasındakı sərhədləri sorğulayan yanaşması ilə seçilir və qlobal sənət dili ilə yerli məkan arasında güclü bağ yaradır”.





