BAYRAQDAR MEDİA – Sibir soyuqlarının hökm sürdüyü Van şəhərində Sıhke gölünün səthi tamamilə donub.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Doğu Anadolu bölgəsinə təsir göstərən sərt Sibir soyuqları Van şəhərində həyatı demək olar ki, iflic edib: “Havanın temperaturunun gecə saatlarında sıfırın altına düşməsi ilə şəhərin mühüm su mənbələrindən biri olan Sıhke gölünün səthi tamamilə buzla örtülüb. Soyuğun təsiri ilə buz bağlayan göl kartpostal görüntüləri yaradıb”.
Qeyd edilib ki, dondurucu soyuqların hökm sürdüyü Van şəhərində termometrlər gecə saatlarında mənfi 11 dərəcəni göstərib: “Şəhər mərkəzində soyuq hava səbəbindən avtomobillərin şüşələri buz bağlayıb, irili-xırdalı çaylar donub. Meteorologiya qurumunun nümayəndələri bildiriblər ki, sərt soyuqlar həftə boyunca təsirini davam etdirəcək”.





