Press "Enter" to skip to content

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə artıb

Yeni nəsil nəzarət-kassa aparatı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu barədə DVX-dən məlumat verilib.

Məlumata görə, indiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb: “Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 milyard manat, yaxud 14,8 faiz çoxdur”.

Mission News Theme by Compete Themes.