BAYRAQDAR MEDİA – Atatürk Universiteti beynəlxalq elmi nəşrlər sahəsində əldə etdiyi uğurlar nəticəsində əvvəlki illə müqayisədə nəşr sayını ən çox artıran universitet olaraq ilk sırada yer alıb.
Universitetin Korporativ Kommunikasiya Direktorluğunun yaydığı açıqlamada Atatürk Universitetinin ardıcıl yüksəlişlə mühüm bir nailiyyətə imza atdığı qeyd olunub.
Açıqlamada bildirilib ki, universitet 2025-ci ildə SCI, SCIE və AHCI indekslərində yer alan nəşrlərin sayına görə tədqiqat universitetləri arasında əvvəlki ilə nisbətən ən böyük artımı göstərərək birinci olub: “Web of Science-in 5 yanvar 2026-cı il tarixli məlumatlarına əsasən, Atatürk Universitetində 2024-cü ildə 1484 olan SCI, SCIE və AHCI indekslərinə daxil nəşrlərin sayı 2025-ci ildə 1854-ə yüksəlib. Bir il ərzində 370 elmi nəşr artımı təmin edən universitet bu göstərici ilə tədqiqat universitetləri arasında ən yüksək artıma nail olub. Əldə edilən bu uğur Atatürk Universitetinin tədqiqat və inkişaf yönümlü vizyonunun, güclü akademik heyətinin və elmi təşviq mexanizmlərinin konkret göstəricisi kimi qiymətləndirilir. Müxtəlif sahələr üzrə aparılan keyfiyyətli akademik tədqiqatların beynəlxalq indekslərdə yer alması universitetin elmi dünyadakı tanınmasını və təsir gücünü ildən-ilə artırır”.





