Press "Enter" to skip to content

Avtomobildə yanğın – VİDEO

Avtomobildə yanğın

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb”.

Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

Mission News Theme by Compete Themes.