Press "Enter" to skip to content

“Çərşənbə söhbətləri”ndən “Rusiya müsəlmanları”ndan bəhs edilib

Prof.Dr. Zülfikar Bayraktara Dərnək sədri Cavid Aydın tərəfindən plaket təqdim olunub

BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyinin “Çərşənbə söhbətləri” layihəsi çərçivəsində ilin ilk proqramını reallaşdırıb. Proqramın mövzusu “Rusiya müsəlmanları” olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, Anadolu Universiteti, Ədəbiyyat fakültəsi, Türk dili və ədəbiyyatı bölməsinin müəllimi türkoloq, professor, filologiya elmləri doktoru Zülfikar Bayraktar mövzu ilə bağlı məruzə edib.

Məruzədə son 20 il ərzində Rusiyada İslam mədəniyyəti və dini qurumlarla bağlı geniş bəhs edilib.

Qeyd edilib ki, son 20 ildə Rusiyada çoxsaylı məscidlər inşa edilib. Rusiya 2003-cü ildən etibarən İslam Konfransı Təşkilatında daimi müşahidəçi statusu qazanıb.

Konfransdan sonra Prof.Dr. Zülfikar Bayraktara Dərnək sədri Cavid Aydın tərəfindən plaket təqdim olunub.

Mission News Theme by Compete Themes.