Press "Enter" to skip to content

ƏDV-nin 31 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata əsasən, 2025-ci il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 31 milyon 366,9 min manat təşkil edib.

Mission News Theme by Compete Themes.