BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti beynəlxalq əməkdaşlığı gücləndirir. Bu istiqamətdə Portuqaliyanın köklü ali təhsil müəssisələrindən biri olan Universidade de Lisboa-nun Instituto Superior de Ciências Sociais e Políticasi (ISCSP-ULisboa – Lissabon Universitetinin Sosial və Siyasi Elmlər Ali İnstitutu) ilə Erasmus+ Tələbə və Heyət Hərəkətliliyi üzrə ikitərəfli saziş imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumatda deyilir ki, imzalanmış razılaşmaya əsasən siyasi elmlər sahəsində qarşılıqlı tələbə və akademik-inzibati heyət mübadiləsi həyata keçiriləcək: “Həmçinin, bakalavr və magistratura səviyyələrində təhsil əməkdaşlığı ilə yanaşı, müəllim heyəti üçün qarşılıqlı dərs demə fəaliyyəti də təşkil olunacaq. Razılaşma çərçivəsində hər iki universitet AKTS/ECTS uyğunluğunu, avtomatik fənn tanınmasını, tələbə dəstək xidmətlərini və beynəlxalq qonaqlar üçün məsləhət mexanizmlərini təmin etməyi öhdəsinə götürür”.





