BAYRAQDAR MEDİA – Paris şəhərində keçirilən “Könüllülər Koalisiyası” toplantısından sonra açıqlama verən sabiq baş nazir Rozen Jelyazkov bildirib ki, Bolqarıstan Avropa miqyasında təhlükəsizliyə töhfə verə biləcəyi bütün sahələrdə iştirak edəcək.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, 35 ölkənin dövlət və hökumət başçılarının, Ukrayna Prezidenti Volodimir Zelenskinin, ABŞ, Avropa İttifaqı və NATO nümayəndələrinin qatıldığı toplantıda Ukraynada davamlı və dayanıqlı sülhün təmin edilməsi, eləcə də Avropa üçün təhlükəsizlik zəmanətlərinin yaradılması məsələləri müzakirə olunub: “Jelyazkov qeyd edib ki, Bolqarıstan Xalq Məclisinin qərarına əsasən, hazırda mina təmizləmə qrupları ilə fəaliyyət göstərdiyi sahələrdə Rumıniya və Türkiyə ilə birlikdə “Dənizdə Təhlükəsizlik” missiyasında iştirak edəcək”.





