BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Şəmkirdə keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müraciətlər arasında mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və s. ilə bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.
Bildirək ki, qəbullar vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır və mütəmadi olaraq təşkil edilir.





