BAYRAQDAR MEDİA – Atatürk Universiteti Tədqiqat Xəstəxanasının Nevrologiya İnsult Mərkəzinin nəzdində yeni nəsil angioqrafiya cihazı istifadəyə verilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Atatürk Universitetinin rektoru, Prof.Dr. Ahmet Hacımüftüoğlu bildirib ki, bu yeni angioqrafiya cihazı sayəsində xəstələrin digər mərkəzlərə göndərilməsinə ehtiyac azalacaq, diaqnoz və müalicəyə çıxış müddəti isə əhəmiyyətli dərəcədə qısalacaq.
Yeni texnologiyalı angioqrafiya cihazının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rektor vurğulayıb ki, səhiyyə xidmətlərinin göstərilməsində elmi potensialı və regional məsuliyyəti daha yüksək səviyyəyə daşıyan son dərəcə önəmli bir investisiyanı həyata keçirməyin qürurunu yaşayırlar.
Rektor onu da qeyd edib ki, Nevrologiya İnsult Mərkəzinin tərkibində istifadəyə verilən yeni nəsil angioqrafiya cihazı diaqnostika, müalicə və müşahidə proseslərində müasir tibbin tələb etdiyi ən yüksək texnoloji standartlara cavab verən, yüksək ayırdetmə qabiliyyətinə və sürətli görüntüləmə imkanlarına malik strateji bir infrastruktur yatırımıdır.





