Əli Orucov: ABŞ kimi bir saylı supergüc də bunu anlayır
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyev yanvarın 5-də yerli TV-lərə verdiyi müsahibəsi həm ölkə daxilində, həm də xaricdə ciddi rezonans doğrub. Müsahibədə “gələcək strategiya və bundan sonra yürüdülən siyasi kusun bütün detalları özündə ehtiva olundu. Bunu “yol xəritəsi” də adlandırmaq mümkündür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov deyib.
Hədəflərə çatmaq üçün potensial, güclü siyasi iradə var
O, qeyd edib ki, cənab prezidentin toxunduğu sahələrdən biri də Azərbaycanın xarici siyasətinin prioritetləri, əldə olunan uğurlar və gələcək istiqamətlər idi: “Müsahibədən aydın olunur ki, rəsmi Bakı ABŞ əlaqələrinin üst səviyyədə qalxmasına starteji müttəfiqliyə çatmasına maraqlıdır və bu hədəflərə çatmaq üçün də potensial, güclü siyasi iradə var. Vurğulandığı kimi Bayden dönəmi əməkdaşlıq üçün itirilmiş illər sayılır və sələfindən fərqli olaraq Ağ Evin yeni Administarsiyası praqmatik, düzgün hesablanmış xarici siyasət yürüdür”.
Politoloq deyib ki, 2025-ci ilin 8 avqustunda Oval Kabinetdə D.Trampın təşəbbüsü ilə keçirilən görüşdə əldə olunan razılaşmalar ABŞ-Azərbaycan əlaqələrinin münasibətlərinin yeni mərhələyə qədəm qoymasının möhkəm özülü oldu: “Səmimi və qarşılıqlı anlaşma şəraitində keçirilən liderlərin görüşlərində tərəflər birgə əməkdaşlığın əsas kontrlarını cızmaqla yanaşı eyni zamanda dünyaya bir mesaj vermis oldular. Bu mesaj Cənubi Qafqazın real güc mərkəzi Azərbaycanın əhəmiyyətinin, oynadığı müstəsna geostrateji rolunun və artan qüdrətnin ABŞ üçün vacib olduğunu bir daha ortaya qoydu. Azərbaycan həmişə Vaşinqtonla ikitərəfli qarşılıqlı maraqların təmin edilməsinə əsaslan əməkdaşlığa açıq olub. Hərbi, siyasi, ticari, təhlükəsizlik və iqtisadi sahələrdə etibarlı tərəfdaş olduğunu göstərib. Birləşmiş Ştatların rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən antiterror əməliyatlarında fəal iştirak edib. Hərbi kontingent göndərməklə yanaşı lojistik dəstək verib, orda dislokasiya olunan ABŞ hərbi qüvvələrinin təmainatı üçün öz hava limanlarından istifadəsinə icazə verib. Ukrayna-Rusiya müharibəsi zamanı Birləşmiş Ştatların enerji təhlükəsizliyinin təmini və şaxələndirilməsində də önəmli yer tutur”.
Azərbaycan qitələri və materikləri birləşdirən nəqliyyat qovşağı mərkəzinə çevrilir
A.Orucov “Təəssüflər olsun ki, keşmiş prezidentlər bütün bunları qiymətləndirmək, Azərbaycanın nələrə qadir olduğunu düzgün təhlül etmək iqtidarında olmadı. Ancaq yeni prezident çox yaxşı anlayır ki, Azərbaycan olmadan Cənubi Qafqazda, Orta Asiyada, hətta Yaxın Şərqdə möhkəmlənmək, Birləşmiş Ştatların maraqlarını etibarlı təmin etmək elə də asan deyil” deyə vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan qitələri və materikləri birləşdirən nəqliyyat qovşağı mərkəzinə çevrilir, qlobal layihələrın reallaşdırılması Azərbaycansız mümkün deyil. Azərbaycan sünii intellekt mərkəzinə çevrilmək iddiasını ortaya qoyub: “ Azərbaycanın hazırkı vizionu qlobal mahiyyət kəsb edir və ABŞ kimi bir saylı supergüc də bunu anlayır”.
Azərbaycanın böyüklüyü və cəsarəti Ağ Ev tərəfindən də qiymətlənirilir
O da bildirilib ki, Azərbaycanı beynəlxalq arenada söz sahibi edən və nüfuz qazandıran faktorlardan biri də etibarlı tərəfdaş və sadiq dost olmağıdır: “Beynəlxalq hüquq və prinsiplərə daim əməl etməsidir. Bunu 2020-ci ildə 44 günlük müharibədə Ermənistan üzərində parlaq qələbə və ondan sonrakı dönəmlərdə bir daha dünyaya sübut etdi. Azərbaycan həmin müharibə zamanı Ermənisatnı bütünlükdə qısa zaman kəsiyində tamamən tutmağa imkanı olsa da, bir qarış da olsa bu ölkənin BMT tərəfindən tanınmış ərazilərinə toxunmadı. Əli milyonlarla din soydaşımızın qanına batmış, separatçı ünsürlərin məhv edilməsinə deyil, ədalətli mühakiməsinə qərar verdi. 20 minə yaxın etnik ermənilərə reainteqrasisiya və yüksək təhlükısizlik təminatı verdi. İndinin özündə də Ermənisatnı əlində fürsət və imkanlar olmasına baxmayaraq məhv olmasına, bir dövlət kimi silinməsinə getmir. Əksinə humanism prinsipindən yanaşaraq regional intqrasiyaya, sülhə və inkişafa dəvət edir. Hesab edirəm Azərbaycanın böyüklüyü və cəsarəti Ağ Ev tərəfindən də qiymətlənirilir”.
Bakı ABŞ-la fəal və sistemli şəkildə işləyir
Ə.Orucov əlavə edib ki, Bakı ABŞ-la fəal və sistemli şəkildə işləyir: “Strateji tərəfdaşlıq Xartiyası barədə sənədin üzərində mütəxəssislər çalışmalara başlayıblar. Bir müddət öncə Birləşmiş Ştatlardan bir qrup müdafiə və təhlükəsizlə bağlı məşğul olan konqresmen və senatorlar Bakıda cənab Prezident cənab İlham Əliyevin qəbulunda oldular, sonra Müdafə Naziri Zakir Həsənovla görüşdülər. Bu iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi üstiqamətində atılan növbəti addımdır. Eyni zamanda hər iki ölkə arasında qarşılıqlı investisiyalar və ticarər əlqlərinin genişlənməsi istiqaəmətində də təmaslar davam etdirilir. Bütün bunlar imkan verir ki, Azərbaycan əleyhinə qaəbul olnmuş bədnam 907-ci düzələliş ABŞ konqresi tərəfindən tamamilə ləğv olunacaq. Vaşinqton öz səhvini düzəltməli və ədalət yerini tapmalıdır. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətləri baxımından cari il düşərli il olacaq. Bu əlaqələrin inkişaf tempi və sürəti həm də Güney Qafqaz üçün geniş və yeni imkanlar acacaq”.





