Press "Enter" to skip to content

Bir illik fəaliyyət mətbuatla paylaşılıb

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Univeristetijnin rektoru Prof.Dr. Yusuf Aıgüzel İstanbul Universitetində qonaq olub. İstanbul Universitetində keçirilən tədbirdə medianın peşə məsuliyyəti və ictimai yaddaşın formalaşmasındakı rolu ön plana çəkilib, eyni zamanda Anadolu Universitetinin 2025-ci il üzrə fəaliyyətlərinin geniş icmalı mətbuat nümayəndələrinə təqdim edilib.

Bu barədə Anadolu Universitetindən məlumat verilib.

Məlumata görə, 2025-ci il ərzində həyata keçirilən layihələr, patent müraciətləri və təşəbbüslərin şirkətə çevrilməsi nəticəsində tədqiqatların cəmiyyətə və sektorlar üzrə real nəticələrə çevrildiyini bildirən rektor Adıgüzəl, Anadolu Universitetinin sahibkarlıq və kommersiyalaşma sahəsində potensialının gücləndiyini vurğulayıb: “Akademik nəşriyyat sahəsində isə universitet daxilində nəşr olunan jurnalların sayının 20-yə çatdığını və bununla fənlərarası elmi istehsalın dəstəkləndiyini qeyd edib. Beynəlmiləlləşmə fəaliyyətlərinə də toxunan Adıgüzəl bildirib ki, 123 ölkədən gələn 17 mindən artıq xarici tələbə ilə Anadolu Universiteti qlobal təhsil mərkəzinə çevrilib. Açıq Təhsil Sistemi vasitəsilə milyonlarla insana çatılmaqla ali təhsildə əlçatanlıq daha da gücləndirilib. Açıq təhsil sahəsində həyata keçirilən struktur islahatları və rəqəmsallaşma nəticəsində dövlət resurslarından səmərəli istifadə edildiyini və mühüm qənaətlərin əldə olunduğunu vurğulayıb”.

Rektor Adıgüzəlin təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.