Press "Enter" to skip to content

“Hədəf”dən Azərbaycan dili ilə bağlı yenilik

Yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar

BAYRAQDAR MEDİA – Yeni tədris ilindən etibarən Hədəf liseyləri üzrə daha bir yenilik tətbiq ediləcək. Bu barədə Hədəf Liseyinin yarımillik iclasında bildirilib.

Şirkətlər Qrupundan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar.

Bu isə o deməkdir ki, bütün bölmələrdə Azərbaycan dili siniflərə uyğun olaraq həftəlik 5–9 saat həcmində tədris ediləcək.

Mission News Theme by Compete Themes.