Cavid Aydın: Tarixin bu həlledici mərhələsində Güney Azərbaycan türkləri öz siyasi iradəsini ortaya qoymaq gücünə malikdir
BAYRAQDAR MEDİA – “İran adlanan coğrafiyada son günlər baş verən hadisələri diqqətlə izləyirik. Azərbaycan türklüyünün tarixi torpaqlarında və soydaşlarımızın yaşadığı bölgələrdə fars şovinizmi tərəfindən illərdir yürüdülən siyasət və din amilindən sui-istifadə üzərində qurulan idarəetmə modeli artıq gizlədilən reallıqları bütün çılpaqlığı ilə üzə çıxarıb. Bu proseslər fonunda soydaşlarımıza qarşı tətbiq edilən insanlıqdan kənar davranışlar ciddi narahatlıq doğurur və qəbulolunmazdır”.
Bu fikirlər Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydının sosial şəbəkə hesabındakı paylaşımında öz əksini tapıb.

Paylaşımda daha sonra deyilir: “Bu gün Azərbaycan türklüyünün İran adlanan coğrafiyada öz taleyini və gələcəyini müəyyənləşdirəcək ideya və milli şüur ətrafında birləşəcəyinə, birlik və həmrəylik ruhu ilə hərəkət edəcəyinə heç bir şübhəmiz yoxdur. Tarixin bu həlledici mərhələsində Güney Azərbaycan türkləri öz siyasi iradəsini ortaya qoymaq gücünə malikdir. Arazın quzeyində və bütün Türk dünyasından Arazın güneyində yaşayan soydaşlarımıza dəstəyimiz, həmrəyliyimiz və dualarımız daim onların yanındadır. Biz inanırıq ki, haqq, ədalət və milli iradə qalib gələcək. Tanrı Türkü qorusun!”









