Press "Enter" to skip to content

Kəmaləddin Heydərov Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonağı səmimi salamlayan K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən FHN-in strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən nazir, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb”.

Səmimi görüşə görə təşəkkürünü bildirən Ə.Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.