Press "Enter" to skip to content

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri yekunlaşır

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri yekunlaşır

BAYRAQDAR MEDİA – Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın məşqləri yekunlamaq üzrədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunur. Yeni tamaşanın premyerası 2026-cı il yanvarın 30-da baş tutacaq”.

Sonra xəbərdə, “tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova, Ceyhun Məmmədov, Natiq Fərzəliyev iştirak edirlər” deyə bildirilir.

Qeyd edək ki, Teatrın yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.

Mission News Theme by Compete Themes.