Press "Enter" to skip to content

Real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir – VİDEO

Real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir

BAYRAQDAR MEDİA – Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN)) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “profilaktik tədbirlərlə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyada müəyyən olunub və onunla maarifləndirici söhbətlər aparılıb. Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, qaydalara əməl etmək özünü və başqalarını həyati təhlükələrdən qoruyur”.

Mission News Theme by Compete Themes.