Press "Enter" to skip to content

Təbrizdə genişmiqyaslı etiraz aksiyası

Təbrizdə genişmiqyaslı etiraz aksiyası

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Siyasi Təşkilatları Əməkdaşlıq Şurasının çağırışından sonra 10 yanvar tarixində Təbriz şəhərində genişmiqyaslı etiraz aksiyası keçirilib.

Xəbəri Araz News mətbuat xidməti yayımlayıb.

Xəbərdə deyilir ki, “etirazlar eyni vaxtda şəhərin bir neçə nöqtəsində, o cümlədən Abresan, Vəliəsr və Şəhnaz bölgələrində keçirilib. Aksiya iştirakçıları İslam Respublikasına qarşı şüarlar səsləndirərək mövcud siyasi vəziyyətdən narazılıqlarını ifadə ediblər. Səsləndirilən şüarlar arasında “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azadlıq, ədalət, milli hökumət” və “Yaşasın Azərbaycan” kimi şüarlar yer alıb”.

Mənbələrindən əldə etdikləri məlumata əsasən, “İran İslam Respublikasının təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə edərək bir sıra iştirakçıları döyüb və saxlayıblar. Lakin indiyədək saxlanılanların dəqiq sayı barədə rəsmi məlumat açıqlanmayıb. Təbrizdə təhlükəsizlik vəziyyətinin son dərəcə gərgin olduğu bildirilir. Kəsayi avtomagistralı və Elgölü ətrafında təhlükəsizlik və çevik polis qüvvələrinin geniş şəkildə yerləşdirildiyi qeyd olunur”.

Qeyd edilib ki, “internet əlaqəsinin kəsilməsi səbəbindən etiraz aksiyalarına dair foto və video materialların ötürülməsi hələlik mümkün olmayıb”.

Mission News Theme by Compete Themes.