BAYRAQDAR MEDİA – Akdeniz Universitetində Fenilketonuriya (PKU) xəstəliyindən əziyyət çəkən uşaqlar və onların ailələri üçün az zülallı məhsullarla yemək reseptlərinin tətbiqi həyata keçirilib. Belə ki, gündəlik həyata uyğunlaşdırıla bilən qidalanma tövsiyələri təqdim olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, tədbir ərzində iştirakçılara az zülallı qidalanmanın gündəlik həyatda necə tətbiq olunması, məhsul seçimi, bişirmə texnikaları və təhlükəsiz mətbəx qaydaları barədə məlumat verilib.Emalatxana hazırlanan tortlarla çəkilən xatirə şəkli ilə başa çatıb.





