BAYRAQDAR MEDİA – Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın 15–16 yanvar tarixlərində Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edəcəyi açıqlanıb.
Məlumatı KKTC-nin Bayındırlıq və Nəqliyyat Nazirliyi yayıb.
Qeyd edilib ki, Cevdet Yılmaz qeyd olunan tarixlərdə ölkədə olacaq.
Səfər çərçivəsində Cevdet Yılmazın müxtəlif rəsmi görüşlər keçirməsi və bir sıra təqdimat tədbirlərində iştirak etməsi planlaşdırılır.





