Press "Enter" to skip to content

“Həyat ağacı ümidlə çiçək açır” 

Layihənin icrası davam edir

BAYRAQDAR MEDİA – Pamukkale Universiteti Xəstəxanasının Tibbi Onkologiya şöbəsi süd vəzi xərçəngi ilə mübarizə aparan qadınlar üçün mənalı bir layihəyə imza atıb. “Həyat ağacı layihəsi” çərçivəsində poliklinikanın divarına çəkilən ağac müalicəsini tamamlayan qadın xəstələrin əl izləri ilə çiçəklənir.

Bu barədə universitetinin məlumatında qeyd edilib.

Məlumata görə, hər bir əl izi ümidin, gücün və yeni başlanğıcın rəmzi olmaqla yanaşı, layihə xəstələr üçün çətin müalicə mərhələsinə mənalı bir vida kimi də qiymətləndirilir: “Daha əvvəl eyni prosesi yaşamış qadınların buraxdığı izlər poliklinikaya gələn xəstələrə tək olmadıqlarını xatırladır. Onkologiya poliklinikasında böyüyən Həyat Ağacı hər yeni çiçəyi ilə başqa bir qadına ümid və cəsarət verməyə davam edir”.

Mission News Theme by Compete Themes.