Press "Enter" to skip to content

MN və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

MN və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunda 2026-cı il ərzində hərbi intizamın gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi (MN) və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sənəddə cari il boyu həyata keçirilməsi planlaşdırılan birgə tədbirlər, onların icra müddəti, keçiriləcəyi yerlər və məsul şəxslər müəyyən edilib. Tədbirlər planına əsasən, 2026-cı il ərzində sözügedən Nazirliyin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edən hərbi qulluqçularla Hərbi Prokurorluq əməkdaşlarının görüşlərinin təşkili nəzərdə tutulur”.

Bu görüşlər çərçivəsində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin icrası əksini tapıb.

Mission News Theme by Compete Themes.