BAYRAQDAR MEDİA – Uşaqların çoxşaxəli inkişafını dəstəkləmək, türk dünyasının mədəni irsini qorumaq və Türk dünyası ölkələri arasında mədəni bağları gücləndirmək məqsədilə təşkil olunan “Türk dünyası uşaq oyunları şənliyi” 28–30 aprel 2026-cı il tarixlərində İstanbulda keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, ev sahibliyini Türkiyənin Milli Təhsil Nazirliyinin edəcəyi şənlikdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Macarıstandan müəllimlər, təhsil işçiləri, akademiklər, uşaq oyunları sahəsində fəaliyyət göstərən mütəxəssislər və 10–13 yaş aralığındakı şagirdlər bir araya gələcək və qarşılıqlı ünsiyyətdə olacaqlar: “Şagirdlərin sosial, emosional və idraki inkişafına töhfə vermək, uşaq oyunlarını gələcək nəsillərə ötürmək məqsədi daşıyan bu şənlikdə türk dünyasına məxsus uşaq oyunları, oyuncaqlar və geyimlər qarşılıqlı şəkildə öyrədiləcək, oyun əsaslı pedaqoji yanaşmalar paylaşılacaq”.





