Press "Enter" to skip to content

Türk dünyası Vyanada iz qoyacaq

Sərgidən foto

BAYRAQDAR MEDİA – Vyanada Türk Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə Türk dünyasının mədəni irsi və qlobal təsiri ön plana çıxarılacaq.

Bu barədə Kırım Haber Ajansı məlumat verib.

Məlumata görə, Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, Vyana mərkəzli beynəlxalq qurumları, diplomatik nümayəndəlikləri və Türk diasporu təmsilçilərini bir araya gətirərək Türk dünyasının zəngin mədəni irsini və getdikcə artan qlobal təsirini nümayiş etdirəcək: “Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisinin rotundasında yanvarın 12-də təşkil olunan “İpək Yolunda Türk Dünyası” adlı foto sərginin açılışı ilə Türk Həftəsi rəsmi olaraq başlayıb. TDT və Türk Akademiyasının birgə təşkil etdiyi sərgi Türk dünyasının ortaq tarixi və mədəni irsini, eləcə də qlobal əlaqələnmədəki köklü rolunu əks etdirir”.

Məlumata əsasən, Türk Həftəsi çərçivəsində əsas tədbirlərdən biri də “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə əlaqəliliyin təşviqi” mövzusunda keçiriləcək yüksək səviyyəli Dəyirmi Masa Toplantısı olacaq”.

Mission News Theme by Compete Themes.