Press "Enter" to skip to content

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan daxil olun.

Xəbərdə diqqətə çatdırılır ki, “araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb”.

Qeyd edək ki, B.Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Mission News Theme by Compete Themes.