Press "Enter" to skip to content

Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər tutulub – VİDEO

Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər tutulub

BAYRAQDAR MEDİA – Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatamayan iki nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb. İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Araşdırma aparılır.

Mission News Theme by Compete Themes.