Hava şəraiti ilə əlaqədar qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər
BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
ADY-dən BAYRAQDAR MEDİA-ya bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir: “Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”.





