Press "Enter" to skip to content

Akademik əməkdaşlıq

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) beynəlxalq akademik əməkdaşlıqların gücləndirilməsinə yönəlmiş mühüm bir görüşə ev sahibliyi edib. Qazaxıstandan gələn universitet nümayəndə heyəti ATÜ rəhbərliyi ilə görüşərək ali təhsil sahəsində birgə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə görüşdə Qazaxıstan tərəfini rektor Kairat Jakupov, Aviasiya mühəndisliyi kafedrasının müdiri Almas Bıtenov və Xarici əlaqələr koordinatoru Azamat Kuzhbanov təmsil edib: “ATÜ heyətində isə rektorumuz professor doktor Adnan Sözen, rektor müavinləri professor doktor Haşim Kelebek, professor doktor Başak Doğru Mert və professor doktor Neşe Yalçın, Aviasiya və Kosmos Elmləri fakültəsinin dekanı professor doktor Naime Filiz Özdil, baş katib dosent doktor Nihat Döngel, Qabaqcıl Texnologiyalar Tətbiq və Tədqiqat Mərkəzinin (İLTEM) müəllimi dosent doktor Ethem İlhan Şahin və İKSAD-ın baş koordinatoru doktor Atabek Movlyanov iştirak ediblər. Toplantıda aviasiya və kosmik elmlər başda olmaqla mühəndislik sahələrində birgə elmi-tədqiqat layihələri, akademik və tələbə mübadiləsi proqramları, ortaq tədris fəaliyyəti və beynəlxalq layihələrə birgə müraciət məsələləri müzakirə olunub. Tərəflər bilik və təcrübə mübadiləsinin hər iki universitet üçün mühüm qazanc yaradacağı barədə razılığa gəliblər”.

Görüş gələcək əməkdaşlıq protokollarına dair xoş niyyət mesajları və xatirə şəkli ilə başa çatıb.

Mission News Theme by Compete Themes.