Press "Enter" to skip to content

Anadolu Universiteti daha bir sahədə əməkdaşlıq edəcək

Anadolu Universiteti

Son yeniləmə: 21 Yanvar 2026

BAYRAQDAR MEDİA – Anadolu Universiteti ilə Yeşilay arasında təhsil, elmi-tədqiqat və ictimai maarifləndirməni artırmağa yönəlmiş fəaliyyətləri əhatə edən əməkdaşlıq protokolu imzalanıb. Sənədi Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzəl və Yeşilayın baş sədri dosent doktor Mehmet Dinç tərəfindən imzalayıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, protokol çərçivəsində asılılıqlarla mübarizəyə dair tədris fəaliyyətlərinin, elmi araşdırmaların, eləcə də ictimai maarifləndirmə yaradacaq layihə və tədbirlərin birgə həyata keçirilməsi nəzərdə tutulur: “Bu əməkdaşlıqla xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi və cəmiyyətdə həssaslığın artırılması məqsəd qoyulub. Protokolla bağlı fikirlərini bildirən professor doktor Yusuf Adıgüzəl, Yeşilayın asılılıqlarla mübarizədə apardığı qabaqlayıcı və maarifləndirici fəaliyyətlərin əhəmiyyətinə diqqət çəkib. O, ötən il Yeşilayfestin Anadolu Universitetinin ev sahibliyi ilə keçirilməsini güclü əməkdaşlığın konkret göstəricisi kimi qiymətləndirib. İmzalanan protokol vasitəsilə universitetin həyata keçirəcəyi elmi fəaliyyətlərlə asılılıqlarla mübarizəyə daha güclü institusional töhfə veriləcəyini vurğulayıb”.

Dosent doktor Mehmet Dinç isə Anadolu Universitetinin təhsil potensialı, elmi təcrübəsi və ictimai faydaya yönəlmiş yanaşması ilə Yeşilay üçün mühüm tərəfdaş olduğunu bildirib.

Mission News Theme by Compete Themes.