BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə yeni təyin olunan Zümrüd Vəliyeva kollektivə təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “təqdimat mərasimində EATDA-nın Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kollecin kollektivi iştirak edib. Z.Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb”.
Z.Vəliyeva 2022-2024-cü illərdə “LANDAU School”da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib.





