Press "Enter" to skip to content

Mobil telefonları oğurlayan şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Nəsimi rayon sakini olan üç nəfər polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “araşdırmalarla məlum olub ki, həmin şəxs zərərçəkənlərin restoran, klinika və parkda nəzarətsiz qoyduqları mobil telefonlarını talayıb. Həmçinin İ.Ələkbərov ifadəsində daha bir paytaxt sakininin də telefonunu oğurladığını etiraf edib. Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M.Hüseynxanov da saxlanılıb”.

Faktlarla bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.