Press "Enter" to skip to content

Nazirin birinci müavini Şəmkirdə vətəndaşlarla görüşəcək

BAYRAQDAR MEDİA – Yanvarın 16-da iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşəcək.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, görüş saat 11:00-dan etibarən Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 60 ünvanında Şəmkir Gənclər Evində keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.