BAYRAQDAR MEDİA – 2025-ci il üzrə operativ məlumatlara əsasən Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt•st, yəni 0,9 faiz artaraq 28 milyard 657,5 milyon kVt•st olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu dövrdə İES-lərdə 24 milyard 823,4 milyon kVt•st, SES-lərdə 2 milyard 842,5 milyon kVt•st, digər mənbələr üzrə isə 991,6 milyon kVt•st, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt•st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt•st elektrik enerjisi istehsal edilib. 2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt•st artımla 769,5 milyon kVt•st elektrik enerjisi istehsal edilib”.
Sonra xəbərdə, “2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 milyard 591,8 milyon kVt•st (İES-lərdə 22 milyard 703,6 milyon kVt•st, SES-lərdə 2 milyard 827,1 milyon kVt•st, GES-lərdə 61,1 milyon kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 milyon kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 038,7 milyon kVt•st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt•st, idxalı isə 177,2 milyon kVt•st olub” deyə qeyd edilir.





