BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan ADY 2025-ci ildə 392 blok-qatar qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 faiz artım deməkdir: “2025-ci ildə ümumilikdə 135 300 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin göstəricisindən (114 000 TEU) təxminən 19 faiz çoxdur”.





