BAYRAQDAR MEDİA – Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər edə bilərsiniz.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür: “Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur”.





