Press "Enter" to skip to content

Eskişehirdə “Sofra26” yemək fabriki açılır

Layihə 2026-cı ildə 6 məhəllədə münasib qiymətə isti yemək xidməti ilə fəaliyyətə başlayacaq

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlüce aztəminatlı vətəndaşlar üçün şəhər lokantası ilə aşevi arasında nəzərdə tutulan “Xalqın Mətbəxi” layihəsinin detalları barədə məlumat verib. Layihə 2026-cı ildə 6 məhəllədə münasib qiymətə isti yemək xidməti ilə fəaliyyətə başlayacaq.

Bu barədə eskisehir.net saytı məlumat verib.

Məlumata görə, Ayşe Ünlüce sosial bələdiyyəçilik çərçivəsində həyata keçiriləcək “Xalqın Mətbəxi” layihəsini şərh edərkən bildirib ki, xüsusilə çoxuşaqlı ailələr üçün şəhər lokantalarında adam başına yemək almaq çətinləşib:“Dörd nəfərlik ailə düşünün. Şəhər lokantasına gəlib adam başına pul verib yemək almaqdansa, həmin vəsaitlə evdə 3-4 nəfəri doyuracaq qədər yemək götürmək ehtiyacı yaranır. Bu gün isti, sağlam və zülallı yemək yoxsullaşma fonunda ən əsas ehtiyaclardan biridir”.

Mission News Theme by Compete Themes.