BAYRAQDAR MEDİA – Fırat Universiteti ilə Elazığ İl Polis İdarəsinin birgə əməkdaşlığı çərçivəsində universitetdə təhsil alan tələbələr üçün maarifləndirici təlimlər təşkil olunub. Elazığ İl Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən bu proqramlar çərçivəsində 10 min 380 tələbəyə 126 maarifləndirici təlim keçirilib.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Bildirilib ki, gənclərin məlumatlandırılmasını hədəfləyən təlimlərdə təhlükəsiz həyat, cinayətdən qorunma, asılılıqlarla mübarizə və ictimai maarifləndirmə mövzularında geniş izahlar verilib: “Tələbələrin böyük marağı ilə qarşılanan bu tədbirlər universitet–dövlət əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirilib. Təlim proqramlarından sonra universitetin rektoru professor doktor Fahrettin Göktaş Elazığ İl Polis rəisi Adnan Karayeli ziyarət edərək, təlimlərdə iştirak edən polis əməkdaşlarına təşəkkürnamələr təqdim edib”.





