BAYRAQDAR MEDİA – Iğdır üzrə yanvarın 14-dən etibarən təsirini artıran qar yağışı, xüsusilə yüksək dağlıq kəndlərdə həyatı mənfi istiqamətdə təsirləndirib. Güclü qar və çovğun səbəbindən mərkəzə bağlı 6 kəndin və Tuzluca rayonuna bağlı 8 kəndin yolu nəqliyyat üçün bağlanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, dərhal hərəkətə keçən Iğdır İl Xüsusi İdarəsi qarla mübarizə qruplarını strateji nöqtələrə cəlb edib.
Ümumilikdə 14 kəndi və 77 kilometrlik yol şəbəkəsini əhatə edən qar əsarətinə qarşı çoxsaylı texnika və şəxsi heyət cəlb olunaraq işlərə başlanılıb.





