Press "Enter" to skip to content

Köməyə gedərkən özləri köməyə möhtac qalıb

BAYRAQDAR MEDİA – Karsın Selim rayonuna bağlı Tuygun kəndində xəstələnən bir vətəndaş üçün göndərilən paletli təcili tibbi yardım maşını əlverişsiz hava şəraiti səbəbindən yolda sıradan çıxıb. Şiddətli çovğun və ağır qar şəraitində kənd sakinləri dərhal səfərbər olub.

Bu barədə karsguncel.com saytı məlumat yayıb.

Məlumata görə, kənd əhalisi traktorları tibbi yardım maşınına bağlayaraq onu yerindən çıxarmağa çalışıb: “Lakin baş verən digər texniki nasazlıq səbəbindən paletli nəqliyyat vasitəsi işləməyib. Bu vaxt xəstə başqa bir avtomobillə xəstəxanaya aparılıb, sıradan çıxmış təcili yardım maşını isə çəkici ilə ərazidən götürülüb. Gecə boyu davam edən güclü çovğun bölgədə nəqliyyatı çətinləşdirib. Karayolları və Xüsusi İdarə əməkdaşları qarla mübarizə işlərini fasiləsiz davam etdirib. Yolda qalan vətəndaşlar onların fədakar səyi ilə təhlükəsiz yerlərə çatdırılıb. Fırtınanın gündüz saatlarında səngiməsi ilə yol açma işləri sürətlənib və bütün yolların qısa müddətdə açılması üçün qruplar gecə-gündüz çalışır”.

Mission News Theme by Compete Themes.