Press "Enter" to skip to content

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2026-cı ildən etibarən istifadəçilər üçün Hiperkitap rəqəmsal verilənlər bazasına abunəlik əsasında giriş imkanı yaradılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “platforma veb və mobil interfeyslər vasitəsilə elmi və bədii elektron resurslara fasiləsiz çıxış imkanı yaradır. Bu imkan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun İstanbula işgüzar səfəri çərçivəsində Hiperkitap platformasının rəhbərliyi ilə əldə olunmuş razılaşma əsasında təmin edilib. Hiperkitap 30 mindən artıq türkdilli məzmunu və Türkiyənin aparıcı 500-dən çox nəşriyyatının elektron resurslarını özündə birləşdirən iri rəqəmsal kitab bazasıdır. Verilənlər bazasında ədəbiyyat, incəsənət, riyaziyyat, informatika və digər sahələri əhatə edən 36 kateqoriya üzrə minlərlə e-kitab, həmçinin 100-dən çox audio kitab təqdim olunur”.

Daha sonra xəbərdə, “platforma e-kitablar üzərində qeydlər aparmaq, mətn hissələrini vurğulamaq və güclü axtarış sistemi vasitəsilə məlumatlara sürətli çıxış əldə etmək imkanı ilə tədqiqatçılar və oxucular üçün geniş funksionallıq təqdim edir. MEK oxucuları Hiperkitap məlumat bazasına kitabxananın oxu zallarındakı kompüterlərdən birbaşa giriş edə bilərlər. MEK-in rəqəmsal resurslarını genişləndirərək elmi-tədqiqat və oxu prosesinə töhfə verəcək Hiperkitap verilənlər bazasına və ya linklər vasitəsilə giriş etmək mümkündür” deyə bildirilir.

Qeyd edək ki, sözügedən baza Azərbaycanda yalnız MEK üçün əlçatandır.

Mission News Theme by Compete Themes.